Ana Sayfa > Karusel / Gündəm > Mədəniyyət Nazirliyi: İşçi qrup Alban irsinin monitorinqini aparacaq
Mədəniyyət Nazirliyi: İşçi qrup Alban irsinin monitorinqini aparacaq7-02-2022, 19:13. Yazar: Admin |
Son bir neçə gün ərzində bəzi qərəzli xarici kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumatlarla bağlı qeyd etmək istərdik ki, Azərbaycan tarixi-mədəni irsinə onun dini-etnik mənşəyindən asılı olmayaraq hər zaman hörmətlə yanaşmışdır. Mədəniyyət Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, bu yanaşma, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni irsə münasibətdə də sərgilənir. "Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə bəyan edilmişdir ki, işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələr Azərbaycan irsinə aiddir və onların qorunması Azərbaycan dövlətinin öhdəliyidir. Buna əyani sübut olaraq, Şuşada başlamış genişmiqyaslı bərpa-quruculuq prosesində məscidlərlə yanaşı, 2 xristian kilsəsini də göstərmək olar. Azərbaycan Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqdir. Onu da əlavə etmək lazımdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hal-hazırda işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinq aparılır. Geri dön |