Ana Sayfa > Karusel / Siyasət > Gürcüstan XİN: “Belarus Abxaziya və Tsxinvalini tanıya bilməz”
Gürcüstan XİN: “Belarus Abxaziya və Tsxinvalini tanıya bilməz”7-02-2022, 18:56. Yazar: Admin |
“Belarus və Gürcüstan arasındakı münasibətləri nəzərə almaqla, Minskin işğalda olan Abxaziya və Tsxinvali bölgələrini tanıması məsələsi gündəlikdə deyil”. Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsindən ayrı-ayrı çıxarışlar Rusiya KİV-i tərəfindən məqsədyönlü şəkildə interpretasiya edilib. XİN-dən vurğulanıb ki, Belarus beynəlxalq hüququn fundamental prinsiplərinə sadiq olaraq qalmaqda davam edir. Qeyd edək ki, sözügedən müsahibədə A.Lukaşenko jurnalistin Belarusun Abxaziya və Cənubi Osetiyanın “müstəqillik”lərini tanıyıb-tanımayacağı ilə bağlı sualına cavabında “mən anlayanda və prezident (Rusiya Prezidenti Vladimir Putin) mənə deyən kimi” və “burada hər hansı bir həyati əhəmiyyət varmı?” deyə cavab verib. Rusiya mətbuatı dövlət başçısının bu fikirlərini “Lukaşenko Abxaziya və Cənubi Osetiyanı tanıyacağını istisna etməyib” başlıqlı xəbər kimi yayıb. Geri dön |