Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan məhsulları “Prodexpo 2022” sərgisində nümayiş olunur

Azərbaycan məhsulları “Prodexpo 2022” sərgisində nümayiş olunur


7-02-2022, 18:10. Yazar: Admin

Azərbaycan məhsulları “Prodexpo 2022” sərgisində nümayiş olunur

Rusiyanın paytaxtı Moskva şəhərində “Prodexpo 2022” sərgisi öz işinə başlayıb.

Qarabaginfo.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 30-dan çox şirkətinin istehsal etdiyi meyvə şirələri, şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunur.

Fevralın 11-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.


Geri dön