Ana Sayfa > Karusel / Siyasət > QMİ sədri Türkmənistan səfiri ilə görüşüb
QMİ sədri Türkmənistan səfiri ilə görüşüb7-02-2022, 18:04. Yazar: Admin |
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev ilə görüşüb. QMİ-dən Qarabaginfo.az-a verilən xəbərə görə, qəbulda Türkmənistanla Azərbaycan arasında siyasi, iqtisadi sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsinin daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparılıb. A. Paşazadə qeyd edib ki, bu birlik çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur. Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi iştirak edən Türkmənistanın türk dünyasında önəmli rolunu qeyd edən Şeyxülislam A. Paşazadə qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması, türk-İslam irsinin, milli ənənələrin qorunub inkişaf etdirilməsi üçün əhəmiyyət kəsb edən belə bir formatın yaradılmasının zamanın tələbi olduğunu və Türkmənistan müftisinin ümumi səylərə öz töhfəsini verə biləcəyinə ümidvar olduğunu bildirib. Geri dön |