Ana Sayfa > Karusel / Gündəm > Bakının bu hissələrində su olmayacaq

Bakının bu hissələrində su olmayacaq


7-02-2022, 15:52. Yazar: Admin

Bakının bu hissələrində su olmayacaq

 

Bu gün axşam saatlarından başlayaraq fevralın 8-i gün ərzində Qaradağ rayonunun Qobustan qəsəbəsi və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən Qarabaginfo.az-a bildirilib.

Bu, Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləri ilə əlaqədardır.


Geri dön