Ana Sayfa > Karusel / Kriminal > Yeniyetmələrə narkotik satan şəxs saxlanıldı

Yeniyetmələrə narkotik satan şəxs saxlanıldı


7-02-2022, 12:59. Yazar: Admin

Yeniyetmələrə narkotik satan şəxs saxlanıldı

 

Xırdalanda gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği və satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunmuş Turan Əliyev tutulub. Onun əlində olan çantaya baxış zamanı yüksək təsiredici xassəyyə malik 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb.

Turan Əliyev Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Geri dön