Ana Sayfa > Karusel / Gündəm > Kredit götürən tələbələrə 2 il güzəşt ediləcək

Kredit götürən tələbələrə 2 il güzəşt ediləcək


7-02-2022, 12:00. Yazar: Admin

"Təhsil krediti ilə ali təhsili bitirən tələbəyə kreditin geri qaytarılırmasına başlamaq üçün 2 il güzəşt olunur". 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev məlumat verib.

 

O bildirib ki, 2 il tələbənin iş tapması, krediti qaytara bilmək qabiliyyətinin formalaşması üçün vaxt verilir: 

 

"Ali məktəbi bitirən tələbə 2 il sonra krediti ödəməyə başlayır. Bundan sonrakı müddətdə isə 10 il ərzində həmin krediti geri qaytara bilərlər. Kredit aldığı semestri əlaçı bitirən tələbə kreditin yarısını qaytarır. Yəni 8000 manat kredit götürübsə, ortalama balı 91 baldan yuxarı olan tələbə 4000 manat ödəyir".


Geri dön