Ana Sayfa > Karusel / Gündəm > Torpaq üstündə öldürülən bacı-qardaşla bağlı rəsmi AÇIQLAMA

Torpaq üstündə öldürülən bacı-qardaşla bağlı rəsmi AÇIQLAMA


7-02-2022, 09:56. Yazar: Admin

Fevralın 6-sı saat 17 radələrində Goranboy rayonu, Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Goranboy rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi iə əlaqədar aralarında yaranmış münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.


Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istimtaqa cəlb olunub.


Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.


Geri dön