Ana Sayfa > Karusel / Dünya > Ağ Ev rəsmisindən xəbərdarlıq: Rusiyanın Ukraynaya müdaxiləsi “istənilən gün” baş verə bilər
Ağ Ev rəsmisindən xəbərdarlıq: Rusiyanın Ukraynaya müdaxiləsi “istənilən gün” baş verə bilər7-02-2022, 07:44. Yazar: Admin |
ABŞ kəşfiyyatına istinad edən nəşlər yazırlar ki, Ukrayna ilə sərhədə cəmləşdirilən batalyon taktiki qruplarının sayı 83-ə çatıb. Halbuki bir həftə əvvəl bu say 60-a yaxın olub. Daha 14 qrupunsa yolda olduğu bildirilir. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan fevralın 6-da "Fox News" verdiyi müsahibəsində Rusiya Ukraynanı günlər və ya həftələr ərzində işğal edə bilər, deyib. “Biz pəncərənin qarşısındayıq. İstənilən gün Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlaya bilər, ya da bu, bir neçə həftə ərzində baş verə bilər, ya da bunun əvəzinə Rusiya diplomatik yolu seçə bilər”, - deyə Sullivan "Fox News" telekanalında bildirib. O, NBC telekanalına ayrıca müsahibəsində isə bildirib ki, Rusiyanın istənilən mümkün hərəkəti Ukraynanın Donbas bölgəsinin ilhaqı, kiberhücumlar və ya Ukraynaya genişmiqyaslı müdaxiləni əhatə edə bilər. Sullivan həmçinin deyib ki, ABŞ-ın Ukraynada müharibəyə başlamaq və ya Rusiya ilə müharibə aparmaq üçün qoşun göndərmir. Sallivan, ABŞ qoşunlarının böyük bir kontingentinin NATO müttəfiqlərinin gücləndirilməsi çərçivəsində fevralın 6-da Polşaya enişindən sonra danışıb. Diviziyanın komandiri olan general hava limanında jurnalistlərə deyib ki, yerləşdirmə “ehtiyatlı tədbir” və “müdafiə xarakteri daşıyır”. Ötən həftə ABŞ Rusiyanı daha çox qoşunu geri çəkməyə sövq etmək səylərinin bir hissəsi olaraq Almaniya və Şərqi Avropaya 3000 əlavə əsgər göndərdiyini elan edib. Geri dön |