Ana Sayfa > Karusel / Siyasət / Yazar > “Cavanşir Feyziyev bu yaramaz əməlinə görə cəzalandırılacaq”
“Cavanşir Feyziyev bu yaramaz əməlinə görə cəzalandırılacaq”6-02-2022, 22:10. Yazar: Admin |
Cavanşir Feyziyev Azərbaycanın 18 tanınmış jurnalistini təhqir etdi. Onlardan biri olan Eynulla Fətullayev yazır: “Deputat Eldəniz Səlimov bir polisi təhqir etdi və həbs edildi. Deputat Cavanşir Feyziyev 18 jurnalisti təhqir edib. Yəni bu məmləkətdə bizim polis çavuşu qədər də hörmətimiz olmadı?!!! Yoxdursa, deyin bilək!”... Haqlı və doğru mövqe, doğru sorğudur. Lakin mən bir məsələdə əminəm - bu məsələdə Dövlət, Prezident jurnalistlərin yanında olacaq! Cavanşir Feyziyev bu yaramaz əməlinə görə cəzalandırılacaq. Bizə öz içimizdən xəyanət edənlərəsə özümüz lazım olan cəzanı verəcəyik. Onları iqnor etməklə, aramıza buraxmamaqla, dışlamaqla. Manatın oğlusansa, Medianın oğlu ola bilməzsən! Bizim üçün narahat olan, gün ərzində bir neçə dəfə zəng edib, bu vəziyyətdə olan mediamıza dəstək verən yüksək dövlət rəhbərliyinə təşəkkür edirəm! "Biz öz jurnalistlərimizi əzdirmərik və sahibsiz buraxmarıq" deyən üstdüzey rəhbərlikdəki vicdanlı dostlarımız var olsunlar. Əminəm ki, bu həm də cənab Prezidentin mövqeyidir və onun obyektivliyindən doğur! Mediamızın möhtəşəm simaları- redaktorlara təşəkkür edirəm! Bizim və özlərinin haqları, heysiyyat və şərəfləri üçün şir kimi döyüşən və Cavanşirkimilərin ağzını cıran, onun yazdığı böhtan və təhqirlərə cavabları usta qələmlə, usta ifadələrlə ictimaiyyətə çatdırıb, ölkənin bir saylı hadisəsi statusuna yüksəldən Eynulla Fətullayevə, Əvəz Zeynallıya, Xalid Kazımlıya, Sevinc Telmanqızına, Ləman Ələşrəfqızına, Zaur Qəriboğluna, Bahəddin Həziyevə, Ələsgər Məmmədliyə, Elxan Şükürlüyə, Elçin Zahiroğluna, Elnur Məhərrəmliyə, Samir Feyruzova, ictimai-siyasi xadimlərdən Pənah Hüseynə, Tural Abbaslıya, Şahin Nəcəfova, Arzuman Abdulkərimova, yanımızda olan, mövqe bildirən hər kəsə minnətdaram. Gün ərzində onlarla telefon zəngi, mesajlar almışam. Dediyim kimi, üstdüzey dövlət yetkililərindən, siyasi xadimlərdən, redaktor həmkarlarımdan. Onlara da səmimi, içdəngələn şükran və minnətdarlığımı çatdırıram. Mübarizəmiz, heysiyyat və şərəfimizi qorumağımız istiqamətində mücadiləmiz davam edəcək. Sabah Yeni Müsavat Media Qrupunda bir toplantımız var. Orada da müraciət və fəaliyyət proqramı qəbul ediləcək. Çox şükür, tək deyilik, Dövlət Baba da, onu yönəldənlər də haqlının - jurnalistlərin yanındadır. Bu arada, parlamentin spikerinə də, xaricdə olmasına baxmayraq, mövzunu davamlı izlədiyinə və obyektiv mövqeyinə görə təşəkkür edirəm! Bu hadisə Cavanşir Feyziyev kimi harın, qudurmuş və qafil insanlara, məmur və deputatlara dərs olacaq! Bütün jurnalistləri cibinizdə daşıdığınız sayt rəhbərləri kimi bilməyin. Anlayacaqsınız - anladacağıq! Rauf Arifoğlu Geri dön |