
Qarabaginfo.az//
Parisdə xəstəxanaya yerləşdirilən əfsanəvi braziliyalı futbolçu Pele səhhəti barədə açıqlama verib.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, o, vəziyyətinin nisbətən yaxşılaşdığını bildirib:
“Antibiotiklər yaxşı təsir edir. Analizlər müalicənin yaxşı getdiyini göstərir. Özümü yaxşı hiss edirəm. Dəstəyiniz üçün təşəkkürlər”.
Qeyd edək ki, Pelenin 2 apreldə PSJ-nin futbolçusu Kilian Mbappe ilə görüşdükdən sonra səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.
Geri dön
|