Ana Sayfa > Karusel / Sosial > Azərbaycanın 10 milyonuncu sakini doğuldu

Azərbaycanın 10 milyonuncu sakini doğuldu


6-04-2019, 11:37. Yazar: Admin

 

Azərbaycanın 10 milyonuncu sakini doğuldu

Azərbaycanda 10 milyonuncu sakin doğulub.

Qarabaginfo Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın 10 milyonuncu sakini aprelin 6-da, saat 03:30-da Bakı şəhərində dünyaya gəlib. 

Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. 

Nazirlikdən bildirilib ki, körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

Nigar Ocaqova doğuşu Bakıdakı xəstəxanalardan birində həyata keçirib. 

 


Geri dön