Ana Sayfa > Karusel / Dünya > İngiltərə kraliçası ictimaiyyət arasına çıxıb

İngiltərə kraliçası ictimaiyyət arasına çıxıb


6-02-2022, 00:15. Yazar: Admin

İngiltərə kraliçası II Elizabet

 

İngiltərə kraliçası II Elizabet Bukinqem sarayında təşkil edilən ziyafətdə iştirak edib.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, ötən ilin oktyabr ayında xəstəxanada bir neçə gün keçirən kraliça ictimaiyyət arasında nadir hallarda görünür. Ziyafətdə kraliçaya ən yaxın dairədən məhdud sayda adam dəvət edilib.

Saraydan verilən məlumata görə, II Elizabet fevralın 6-da platin yubileyini qeyd edən ilk Britaniya kraliçası kimi tarixə düşəcək.

Bazar günü kraliçanın taxta çıxması rəsmi şənlik olmadan qeyd ediləcək. Çünki 1952-ci il 6 fevral həm də kraliçanın atası VI Georqun ölüm günüdür.


Geri dön