Ana Sayfa > Karusel / Siyasət > Le Pen: "Prezident seçiləcəyim təqdirdə Fransa NATO-nu tərk edəcək"
Le Pen: "Prezident seçiləcəyim təqdirdə Fransa NATO-nu tərk edəcək"5-02-2022, 23:37. Yazar: Admin |
Marin Le Pen
"Prezident seçiləcəyim təqdirdə Fransa NATO-nu tərk edəcək". Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa prezidentliyinə namizəd, “Milli cəbhə” partiyasının lideri, deputat Marin Le Pen deyib. “Biz öz maraqlarımızı azad şəkildə müdafiə etməli, hərbi bloklardan çıxmalıyıq. Bir daha başqalarının münaqişələrinə cəlb olunmamalıyıq”, - Le Pen bildirib. Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Hazırkı prezident Emmanuel Makron hələlik seçki yarışında iştirakını rəsmən açıqlamayıb. Qeyd edək ki, 2017-ci ilin prezident seçkilərində “Milli cəbhə” partiyasının lideri Marin Le Pen 10,6 milyon seçicinin (33,94 faiz) səsini toplamağa müvəffəq olub. Bu, “Milli cəbhə” partiyası üçün rekord göstəricidir.(Report) Geri dön |