Ana Sayfa > Karusel / Region > Ərdoğan Omicrona yoluxub

Ərdoğan Omicrona yoluxub


5-02-2022, 16:28. Yazar: Admin

Rəcəb Tayyip Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına yoluxub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı sosial şəbəkə hesabında məlumat verib.

Ərdoğan bildirib ki, bu gün verdikləri COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

O, xəstəliyi yüngül keçirdiklərini qeyd edib.

Türkiyə Prezidenti fəaliyyətini evdə davam etdirəcəyini vurğulayıb.


Geri dön