Ana Sayfa > Karusel / İqtisadiyyat > “Azərsu” ötən il göstərdiyi xidmətin 93%-nin pulunu yığıb
“Azərsu” ötən il göstərdiyi xidmətin 93%-nin pulunu yığıb5-02-2022, 14:14. Yazar: Admin |
2021-ci ildə “Azərsu” ASC-də xidmət haqlarının yığım səviyyəsi 2020-ci ilə nisbətən 1,8 faiz bəndi artaraq 92,8% təşkil edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Reportun"un sorğusuna cavab olaraq qurumdan bildirilib. Məlumatda deyilir ki, əhali istehlakçı qrupu üzrə yığın səviyyəsi 3,1 faiz bəndi artımla 90,3%, qeyri-əhali üzrə 2 faiz bəndi artımla 92,9%, sudan xammal kimi istifadə edənlər üzrə isə yenə də 100% olub. Yığım səviyyəsi Bakıda 93,9%, digər regionlarda isə 90,6% təşkil edib. Geri dön |