Ana Sayfa > Karusel / Gündəm > Bakıda avtomobillə piyadaları vurub qaçan sürücü saxlanılıb

Bakıda avtomobillə piyadaları vurub qaçan sürücü saxlanılıb


5-02-2022, 12:19. Yazar: Admin

Görüntüləri yayılan YPX əməkdaşı məsuliyyətə cəlb olundu - FOTO + VİDEO » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Fevralın 2-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Urşanova və S.Süleymanova vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılıb..

Araşdırma aparılır.


Geri dön