Ana Sayfa > Karusel / Cəmiyyət > Müdafiə Nazirliyinin COVID-19 virusuna yoluxmanın artıması ilə əlaqədar əsgər valideynləri və yaxınlarına müraciət edib

Müdafiə Nazirliyinin COVID-19 virusuna yoluxmanın artıması ilə əlaqədar əsgər valideynləri və yaxınlarına müraciət edib


5-02-2022, 09:05. Yazar: Admin

Müdafiə Nazirliyinin COVID-19 virusuna yoluxmanın artıması ilə əlaqədar əsgər valideynləri və yaxınlarına müraciət edib

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməmək tövsiyə edilib.

Vətəndaşlara orduda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırı. edilib.


Geri dön