Ana Sayfa > Karusel / Dünya > Putinlə Szinpin bununla ABŞ-a siqnal göndərdi - Ekspert

Putinlə Szinpin bununla ABŞ-a siqnal göndərdi - Ekspert


4-02-2022, 20:43. Yazar: Admin

Rusiya və Çin birgə bəyanat qəbul etməklə ABŞ-a öz ölkələrində strateji təhlükəsizliyin qorunması ilə bağlı daha da sıx koordinasiya aparacaqlarına dair siqnal göndərdilər, çünki bu məsələdə geri çəkiləcək yerləri yoxdur.

Qarabaginfo.az xəbər verir ki, bunu çinli siyasi ekspert Van Qinqsonq iki ölkə liderlərinin görüşü zamanı Rusiya və Çinin qəbul etdiyi bəyanatı şərh edərkən bildirib.

Ekspertin fikrincə, bəyanat həm də ABŞ-ın Rusiyanın təklif etdiyi təhlükəsizlik zəmanətlərinin formalaşdırılması üzrə dialoqdan imtina etməsinə cavabdır:

“Bundan əlavə, pandemiya başlayandan dünyada bioloji təhlükələr problemi daha da kəskinləşib. Xüsusilə, laboratoriya şəraitində bioloji təhlükəsizlik təhdid altında idi, bioloji silah problemi kəskinləşdi”.

 


Geri dön