Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanla Aİ arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqlənib

Azərbaycanla Aİ arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqlənib


4-02-2022, 18:58. Yazar: Admin

Azərbaycanla Aİ arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqlənib

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4 fevral 2022-ci il tarixində Bakı şəhərində baş tutan səkkizinci iclasında uzunmüddətli enerji təhlükəsizliyi, təchizatın təhlükəsizliyi və yaşıl enerjiyə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqlənib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat üçün birgə bəyanatında bildirilir.
Tərəflər Cənub Qaz Dəhlizinin tammiqyaslı ilk istismar ilinin uğurlu nəticəsini, həmçinin onun Azərbaycandan Gürcüstan, Türkiyə və Avropa bazarlarına etibarlı, rəqabətliliyi və sərfəli enerji təchizatının təmin edilməsinə töhfəsini yüksək qiymətləndirib. Altı ölkəni əhatə edən bu ötürmə sistemi enerji təchizatı və mənbələrinin şaxələndirilməsinə, o cümlədən bundan əvvəl təbii qaza çıxışı olmayan regionlara töhfə verir və həmin regionlarda kömürün istismardan çıxarılması prosesini sürətləndirə bilər.
Qeyd edilib ki, Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin əsas təşəbbüskarlarından biri kimi strateji rol oynamaq, eləcə də Avropaya təhlükəsiz, sabit və sərfəli enerji təchizatını həyata keçirmək səylərini davam edir. Son dövrlərdə qaz qiymətlərinin qlobal səviyyədə artması təchizatın şaxələndirilməsinin zəruriliyini bir daha vurğulanıb.
“Biz Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan dövlətləri istiqamətində genişləndirilməsi imkanlarının öyrənilməsində bütün maraqlı tərəflərin səylərini yüksək qiymətləndiririk. Növbəti addım olaraq Cənub Qaz Dəhlizinin gələcəkdə genişləndirilməsi imkanlarının reallaşdırılması zamanı yarana biləcək bütün kommersiya, ekoloji, texniki, normativ və iqlimlə bağlı məsələləri qiymətləndirmək vacibdir”, - bəyanatda qeyd olunub.
Cənub Qaz Dəhlizi layihəsinin səhmdarları bir sıra iqlim və dayanıqlı inkişaf təşəbbüslərinə, o cümlədən "Metan Rəhbər Prinsipləri" təşəbbüsünə imza atıblar. Cənub Qaz Dəhlizinin sonrakı istismarı tədricən müvafiq normativ çərçivələrə uyğun olaraq tərəflərin və sənayenin dayanıqlı inkişaf sahəsindəki ən yaxşı təcrübələrinin tətbiqinə əsaslanacaq.


Geri dön