Ana Sayfa > Karusel / Siyasət > Nazir Azərbaycan Aİ ilə hərtərəfli əməkdaşlığa xüsusi diqqət yetirdiyini bildirib

Nazir Azərbaycan Aİ ilə hərtərəfli əməkdaşlığa xüsusi diqqət yetirdiyini bildirib


4-02-2022, 18:25. Yazar: Admin

Ceyhun Bayramov Aİ rəsmisi ilə Qarabağa maliyyə cəlb olunmasını müzakirə edib - 18.11.2021, Sputnik Azərbaycan

“Bu gün Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu bu gün Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Azərbaycan Aİ ilə hərtərəfli əməkdaşlığa xüsusi diqqət yetirir: “Enerji sahəsində əməkdaşlığa diqqət yetirmək istərdim. Azərbaycan uzun illər Avropa İttifaqı və ona üzv ölkələr üçün etibarlı neft, eyni zamanda, TAP layihəsinin başa çatdırılması ilə isə qaz təchizatçısına çevrilib. XXI əsrin ən böyük layihəsinin işə düşməsi ilə keçən il Avropa ölkələri Azərbaycandan 8,2 milyard kubmetr qaz alıb, 2022-ci ildə bu həcmin artacağı gözlənilir”.


Geri dön