Ana Sayfa > Karusel / Region > Məşhur erməni bloqer fırıldaqçılıqda ittiham olunur
Məşhur erməni bloqer fırıldaqçılıqda ittiham olunur4-02-2022, 17:59. Yazar: Admin |
11,4 milyondan çox instaqram izləyicisi olan erməni gözəllik bloqeri və vizajist Qoar Avetisyandan Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinə (“Rospotrebnadzor”) şikayət olunub. Qarabaginfo.az “Super.ru”ya istinadən xəbər verir ki, Qoar Avetisyan makiyaj üzrə onlayn kurs satır. Kursu alan vizajist Kseniya Abaşeva isə təlimdən narazı qalıb. O, noyabr ayında 69 900 rubl (1564 AZN) ödəniş edib. Bunun əvəzində ona yalnız “Şəxsi kabinet”ə giriş verilib, Q. Avetisyanın videodərsləri isə təqdim olunmayıb. O vaxtdan təlimin başlanması daim təxirə salınıb. K. Abaşeva artıq məhkəməyə, həmçinin “Rospotrebnadzor”a şikayət edib. Hüquqşünaslar bildirir ki, əgər təlim proqramı heç bir səbəb göstərilmədən dəfələrlə təxirə salınıbsa, bunu doğru olmayan davranış kimi qiymətləndirmək olar, ona görə də Kseniyanın məhkəmədə qalib gəlməsi üçün şansı yüksəkdir.(Qafqazinfo) Geri dön |