Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş sabiq səfir Eldar Həsənov apellyasiya şikayəti verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Apa-ya onun vəkili Valeh Mehrəliyev xəbər verib.
Vəkil bildirib ki, şikayət ərizəsində müvəkkili barəsində bəraət qərarı verilməsini istəyiblər. Həmçinin məhkəmədən onun əmlakları üzərindən həbsin götürülməsi xahiş olunub.