Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin bir sıra qohumları, Nazarbayevin ortancıl kürəkəni Timur Kulibayev, parlamentin eks-spikeri Nurlan Niqmatulin, Nur Otan Partiyası sədrinin keçmiş birinci müavini Bauyrjan Baybek, eləcə də bir sıra Qazaxıstan elitasının digər nümayəndələrinin adı Böyük Britaniya parlamentində nəzərdən keçirilən mümkün sanksiyalar siyahısında yer alıb.
Qarabaginfo.az xəbər verir ki, Britaniya parlamentinin deputatı Marqaret Hedc Qazaxıstanda yanvar hadisələri ilə bağlı debatda deyib: “Mən Böyük Britaniyanı adlarını çəkdiyim, aktivlərin müsadirə edilməsi və rüşvətxorluqda əli olduğu iddia edilən aşağıdakı şəxslərə qarşı anti-korrupsiya sanksiyaları tətbiq etmək üçün tədbirlər görməyə çağırıram” .
“Bu, Timur Kulibayev, onun həyat yoldaşı, Nazarbayevin qızı Dinara Nazarbayeva və onların həmkarı Arvind Tikudur. Sübutlar göstərir ki, Kulibayev külli miqdarda sərvət toplamaq üçün vəzifəsindən sui-istifadə edib. 2020-ci ildə Financial Times Kulibayevin böyük dövlət boru kəməri müqavilələrindən gəlir götürmək üçün gizli sxemdən istifadə etdiyini ortaya qoydu. Digər ölkələrdə ona qarşı çirkli pulların yuyulmasında və rüşvət almaqda şübhəli bilinərək istintaq başladılıb. Onun sərvəti, Forbes-in məlumatına görə, 2,9 milyard dollardır və burada Böyük Britaniyada ən azı 60 milyon funt sterlinq dəyərində daşınmaz əmlaka sahibdir”, – britaniyalı deputat bildirib.
Həmçinin, onun sözlərinə görə, Dariqa Nazarbayeva və onun əri olduğu iddia edilən Kayrat Şaripbayev də var.
“Dariqa Nazarbayevin böyük qızıdır. Forbes tərəfindən 595 milyon dollar dəyərində qiymətləndirilən onun imperiyası ofşor şirkətlər, fondların mürəkkəb sistemində gizlənir. Onun Londonda sahib olduğu üç mülklə bağlı mənşəyi məlum olmayan əmlaka həbs qoyulması üçün order verilib. Lakin Source Material müstəntiqləri iddia edirlər ki, Nazarbayeva Böyük Britaniya Ali Məhkəməsini çaşdırmış ola bilər. Bu arada, Şaripbayevin Qazaxıstanın “Nazarbayevlər ailəsinin bankı” adlandırılan Bank RBK-dan dələduzluq yolu ilə 334 milyon dollar alanlardan biri olduğu iddia edilir”, – deputat qeyd edib.
Həmçinin onun dediyinə görə, “burada keçmiş hökmdarın nəvəsi, Dariqanın oğlu Nurəli Aliyev var”.
“Aliyev 21 yaşında babasının adını daşıyan Qazaxıstan özəl bankına – “Nurbank”a sədr müavini təyin edilib, 22 yaşında isə idarə heyətinin sədri olub. Böyük Britaniyanın məhkəmə sənədləri göstərir ki, o, 2008-ci ildə bir şirkət vasitəsilə bankdan 65 milyon dollar kredit alıb və sonra başqa kredit götürüb. Nuralının vəkilləri bildiriblər ki, o, vəsaitin bir hissəsini Yepiskoplar prospektində 39,5 milyon funt sterlinqlik ev almaq üçün istifadə edib”, – Hedc bildirib.
Bundan əlavə, onun sözlərinə görə, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş rəhbəri Kərim Məsimov ritaniya şirkətləri də daxil olmaqla, rüşvətxorluqda ittiham olunan Qazaxıstanın keçmiş baş naziridir. O, həmçinin 45 helikopter almaq üçün Airbusdan rüşvət almaqda ittiham olunub. Onun yaxını Aygül Nuriyeva qazaxıstanlı bankir və Məsimovun güman edilən ən etibarlı adamıdır. Onun həmçinin İsveçin Teli telekommunikasiya şirkəti ilə 64 milyon dollar rüşvət almaqla bağlı böyük korrupsiya qalmaqallarında da əli var”, – deyə parlamentari qeyd edib.
O, növbəti iş adamı Vladimir Kimin adını çəkib.
“Kim Qazaxıstanın ən varlı adamıdır, onun sərvəti təxminən 4,3 milyard dollardır. O, London Birjasında listinq edilmiş ilk Qazaxıstan şirkəti olan “Kazakhmys plc” şirkətinə rəhbərlik edib. “Global Witness” hesabatında iddia edilirdi ki, Nazarbayev şirkətə effektiv şəkildə nəzarət edir, Kim isə onun etibarlı adamıdır. 2017-ci ildə Kimin 18 yaşlı qızı Camila Knightsbridge-də 60 milyard dollara üç mənzil alıb”, – Böyük Britaniyadan olan deputat bildirib.
O, əlavə edib ki, Kimin şəriki Eduard Oqay “Qazaxmys” şirkətinin ortaq sahibidir və “ölkənin baş nazirinə rüşvət verdiyi iddia edilir”.
“Kenes Rakişev 1,6 milyard dollara qədər sərvətə malik, siyasi elita ilə sıx əlaqələri olan, ABŞ-ın sanksiyaları altında olan Çeçenistan Respublikasının rəhbərinin yaxın adamı olan, müəmmalı şəkildə varlı qazaxıstanlı iş adamıdır”, – deyə spiker qeyd edib.
Siyahıda növbəti o, “Qazaxıstan dəmir yolu” SC-nin idarə heyətinin keçmiş sədri Sauat Mınbayevin adını çəkib.
“Mınbayev Energetika və Mineral Ehtiyatlar naziri idi. Onun həyat yoldaşı və oğlu Böyük Britaniyada mülk sahibidir”, – Hedc bildirib.
Onun siyahısında prezident administrasiyasının keçmiş rəhbəri Bulat Utemuratovun da adı çəkilir.
“Utemuratov Nazarbayevin keçmiş aparat rəhbəridir. ABŞ diplomatik mesajında deyilirdi ki, Utemuratov prezidentin “şəxsi maliyyə meneceri” olub və öz internet saytında onun şəxsi sərvətinin 3,9 milyard dollar olduğu qeyd edilib”, – Hedc bildirib.
O, ilk prezidentin qardaşı Bolat Nazarbayevi də diqqətdən kənarda qoymayıb.
“Bolat Nazarbayev çox zəngin bir adam olan Nursultan Nazarbayevin qardaşıdır. 2008-ci ildə o, Manhettenin ultra-eksklüziv Plaza otelində 20 milyon funt-sterlinqə mənzil alıb. O, yanvar iğtişaşlarının təşkilində iştirak edən silahlı qruplaşmalarda iştirakda ittiham olunur”, – Britaniya parlamentinin üzvü bildirib.
Samruk-Kazyna Milli Sərvət Fondunun keçmiş rəhbəri Axmetjan Yesimovun da adı çəkilib.
Bundan başqa, Britaniya parlamentində iş adamı Kayrat Boranbayevin də adı hallanıb.
“Kairat Boranbayevin qızı Nazarbayevin nəvəsi ilə evləndi – bütün sərvət ailədə qaldı. O, bir sıra vəzifələrdə çalışıb, o cümlədən Türkmənistandan qazın bədnam korrupsiya tranzitində iştirak edib. O, Virginia Water-da eksklüziv qapalı icmada 25,4 milyon funt-sterlinq dəyərində malikanəyə, One Hyde Parkda 60 milyon funt sterlinqlik mənzilə və Knightsbridge-də dəyəri 15 milyon funt sterlinqdən çox olan üç dəbdəbəli mənzilə sahibdir”, – deputat bildirib.
“Sonra Aleksandr Klebanov və oğlu Yakov gəlir. Onun sərvəti 374 milyon dollar qiymətləndirilir və o, Mərkəzi Asiya Elektrik Enerjisi Korporasiyasına rəhbərlik edir. Bu iki şəxs keçmiş prezidentin ailəsinin maliyyə baxımından etibarlı adamlarıdır. Güman edilir ki, onlar Dariqa Nazarbayevaya mənşəyi naməlum əmlakı müsadirə etməməkdə kömək ediblər”, – deyə siyasətçi qeyd edib.
Nurlan Niqmatulin, Baurjan Baibek və keçmiş ədliyyə naziri Marat Beketayev… “Onlar da korrupsiyada ittiham edilirlər və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyırlar”, – deyə siyasətçi bildirib.
O, ilk prezidentin kiçik qızını da diqqətdən kənarda qoymayıb.
“Böyük Britaniya Ali Məhkəməsi diqqəti Nazarbayevin kiçik qızı Aliyə Nazarbayevanın Britaniya Virciniya adaları da daxil olmaqla mürəkkəb ofşor strukturlar vasitəsilə ölkədən 300 milyon dollardan çox pul çıxarmasına yönəldib”, o əlavə edib.
İş adamı Aidan Karibjanov, Kayrat Satıbaldı və onun kiçik qardaşı, Milli Təhlükəsizlik Xidməti sədrinin keçmiş birinci müavini Samat Abış Nazarbayevin yaxın çevrəsinin əsas oyunçularıdır, sülh və təhlükəsizliyə xələl gətirən davam edən hakimiyyət mübarizəsində iştirak ediblər”, – britaniyalı siyasətçi bildirib.
O, bütün bu şəxslərə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.
“Bu korrupsioner elitaya qarşı sanksiyaların tətbiqi özlüyündə pis təcrübələri aradan qaldırmayacaq və ya Qazaxıstanda köklü demokratik dəyişikliklərə gətirib çıxarmayacaq. Lakin buna baxmayaraq, biz əksinə, çirkli pul və korrupsiya ilə mübarizə öhdəliyimizə sadiq olduğumuzu nümayiş etdirəcəyik.Böyük Britaniya çirkli pullar üçün sığınacaq kimi göründüyü üçün Londonun və maliyyə xidmətləri sektorumuzun reputasiyası artıq ləkələnib. Əgər biz tez hərəkət etsək, Britaniyanın reputasiyasını bərpa edə və müttəfiqlərimizə nümayiş etdirə bilərik ki, biz kleptokratlara və ya oliqarxlara sığınacaq vermirik. Hökumət bu iki cəbhədə yenidən uğursuzluğa düçar olarsa, cinayətkar kleptokratlar asanlıqla böyük pullar qazanmağa davam edəcəklər, – deyə Hedc yekunlaşdırıb.
Siyasətçi Böyük Britaniya, ABŞ və Avropa İttifaqı hökumətlərini Maqnitski siyahısından nümunə götürərək Qazaxıstan elitasına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.(konkret.az)