Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini keçib, 26 nəfər vəfat edib

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini keçib, 26 nəfər vəfat edib


4-02-2022, 16:43. Yazar: Admin

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini keçib, 26 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edir.

İndiyədək ölkədə ümumilikdə 683 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 637 429 nəfər müalicə olunaraq sağalıb, 8 823 nəfər vəfat edib, aktiv xəstə sayı 37224 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 481, ötən müddət ərzində isə ümumilikdə 6 227 883 test aparılıb.


Geri dön