Sabirabad rayonunun Surra-Padar avtomobil yolunun 1-ci km-də avtomobil körpüsündə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar fevralın 8-dən yolda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətin təmin olunması məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb.