Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyənin enerji və təbii sәrvәtlәr naziri Fatih Dönmezlə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə P. Şahbazov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, görüşdə TANAP layihəsi və enerji gündəmi müzakirə olunub.
“Türkiyəli həmkarım Fatih Dönmezlə birlik və qardaşlığımızın məhsulu TANAP-ı və enerji gündəmimizi müzakirə etdik”, - nazir qeyd edib.