Ana Sayfa > Karusel / Təhsil > Nazirlik Omikrona görə məktəblərin bağlanması məsələsinə münasibət bildirib
Nazirlik Omikrona görə məktəblərin bağlanması məsələsinə münasibət bildirib4-02-2022, 15:49. Yazar: Admin |
Təhsil Nazirliyi koronavirusun yeni ştamı Omikronun sürətli yoluxma qabiliyyətliliyi səbəbindən məktəblərin bağlanması məsələsinə münasibət bildirib. Qarabaginfo.az xəbər verir ki, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev fevralın 2-si tarixinə görə ölkədə 9 məktəbin COVID-19-la əlaqəli distant tədrisə keçdiyini deyib. Şöbə müdirinin sözlərinə görə, 299 sinif də tədrisi onlayn formada davam etdirir: “Bir həftə ərzində onlar distant tədrisdə olacaq. Hazırda statistika göstərir ki, yoluma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Məktəblərin ümumilikdə bağlanmasına səbəb olacaq problem yoxdur”. Geri dön |