Ana Sayfa > Karusel / Təhsil > 9 məktəb koronavirusa görə BAĞLANDI

9 məktəb koronavirusa görə BAĞLANDI


4-02-2022, 15:24. Yazar: Admin

Azərbaycanda hazırda distant şəkildə tədris prosesini həyata keçirən məktəblərin sayı açıqlanıb.

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

Nazirlikdən bildirilib ki, 3 fevral tarixinə əsasən 9 məktəb tədris prosesini distant şəkildə həyata keçirir. 

 

Bundan əlavə, Təhsil Nazirliyindən verilən məlumatda qeyd edilib ki, ölkə məktəblərinin 299 sinfində tədris prosesi bir həftəlik distant rejimdədir. .


Geri dön