Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Ermənistanın təklifini niyə qəbul etmədi? – “İstəyirlər ki, biz qoşunlarımızı...”
Azərbaycan Ermənistanın təklifini niyə qəbul etmədi? – “İstəyirlər ki, biz qoşunlarımızı...”4-02-2022, 15:08. Yazar: Admin |
Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın “Bakı təkliflərimizi qəbul etmədi” açıqlaması siyasi kluarlarda geniş rezonans doğurub. Bir sıra siyasi analitiklər XİN rəhbərləri arasında qarşılıqlı söz savaşlarının olduğunu vurğulasalar da, Ermənistan tərəfindən ortaya atılan təklifin mahiyyəti barəsində hələ də heç bir açıqlama yoxdur. Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov erməni həmkarının təkliflərini cavab verərkən, sadəcə onu deyib ki, Ermənistan tərəfinin hər hansı şərt irəli sürməsi mümkünsüzdür. Mövzu haqda Yenisabah.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev suallara aydınlıq gətirib. Ermənistanın irəli sürdüyü şərtlərdən bəhs edən BMTM sədri deyib: “Onlar şərtlər irəli sürüblər və istəyirlər ki, biz qoşunlarımızı indiki mövqelərədən geri çəkək. Ona görə də, biz bunu qəbul etmirik. Bu Ermənistan tərəfindən irəli sürülən ilkin şərtdir. Halbuki bütün danışıqlar hər hansı bir ilkin şərt olmadan başlanmalıdır. Ona görə də, bu təklif rəsmi Bakı tərəfindən qəbul olubmayıb” Geri dön |