Ana Sayfa > Karusel / Kriminal > DİN QHT rəhbəri Rasim Məmmədovun saxlanılması barədə məlumat yayıb
DİN QHT rəhbəri Rasim Məmmədovun saxlanılması barədə məlumat yayıb4-02-2022, 14:30. Yazar: Admin |
Daxili İşlər Nazirliyi (DİN) “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyininin sədri Rasim Məmmədovun saxlanılması barədə məlumat yayıb. Qarabaginfo.az xəbər verir ki, DİN-in bununla bağlı məlumatında bildirilib ki, vətəndaş Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib. R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlətmiş və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib. Geri dön |