Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: “Azərbaycandan Türkiyəyə təbii qazın idxalı davam edir”

Ərdoğan: “Azərbaycandan Türkiyəyə təbii qazın idxalı davam edir”


4-02-2022, 14:28. Yazar: Admin

Rəcəb Tayyib Ərdoğan

 

“İrandan idxal olunan təbii qazın kəsilməsi səbəbindən kiçik bir sıxıntı baş verdi, bu ayrı məsələdir. Lakin bu, bizim təbii qazımızın tükənməsi anlamına gəlmir”.

Qarabaginfo.az “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərə bildirib.

O, Azərbaycandan ölkəsinə təbii qazın idxalının davam etdiyini vurğulayıb.

Qeyd edək ki, ötən ay İrandan idxal olunan qazın kəsilməsi səbəbindən Türkiyə Azərbaycandan aldığı təbii qazın həcmini artırıb.


Geri dön