Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Ukrayna Baş nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Ukrayna Baş nazirləri arasında telefon danışığı olub


4-02-2022, 14:03. Yazar: Admin

Əli Əsədov

Bu gün Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.

Danışıq zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.


Geri dön