Ana Sayfa > Karusel / Qarabağ > Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək

Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək


4-02-2022, 08:30. Yazar: Admin

 

Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək

Avstriya Federal Şurası (parlamentin yuxarı palatası) 18 yaşdan yuxarı sakinlər üçün məcburi koronavirus peyvəndini tətbiq edən qanunun qəbuluna səs verib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir.

Parlamentarilərin səsverməsi Avstriya hökumətinin bu qanunvericilik təşəbbüsünün müzakirəsindən sonra baş tutub.

Layihənin lehinə 47 deputat, əleyhinə 12 deputat səs verib. Ümumilikdə 61 deputatdan 59-u səs verib.

Qanun respublika prezidenti tərəfindən imzalanmalıdır. O, yalnız federal qanunlar reyestrində dərc edildikdən sonra qüvvəyə minə biləcək.


Geri dön