Vaşinqtonda ABŞ və Slovakiya arasında hərbi əməkdaşlıq sazişi imzalanıb.
Qarabaginfo.az xəbər verir ki, bu saziş Vaşinqtona Slovakiyadakı 2 aviabazadan istifadə hüququ verir.
Sənədi ABŞ dövlət katibi Entoni Blinken və Slovakiyanın müdafiə naziri Yaroslav Nad imzalayıblar.
“Biz oxşar sazişi NATO-nun bir çox müttəfiqi ilə imzalamışıq. Hesab edirik ki, müdafiə sahəsində bu cür əməkdaşlıq bzm və müttəfiqlərimizin maraqlarına cavab verir”, - deyə Blinken qeyd edib.