Ana Sayfa > Karusel / İdman > "Real Madrid"in avtobusu azarkeşlərin hücumuna məruz qalıb
"Real Madrid"in avtobusu azarkeşlərin hücumuna məruz qalıb4-02-2022, 00:11. Yazar: Admin |
İspaniya Kubokunun 1/4 finalında "Atletik"in qonaqğı olacaq "Real Madrid" xoşagəlməz hadisə ilə üzləşib. Qarabaginfo.az xəbər verir ki, "kral klubunu" daşıyan avtobus yerli azarkeşlərin hücumuna məruz qalıb. Matçın oynanılacağı "San Mames" stadionunun qarşısında toplaşan fanatlar əllərindəki şüşələri eyni anda nəqliyyat vasitəsinə atmağa başlayıblar. Avtobusa maddi ziyan dəysə də, futbolçular və məşqçilər heyəti arasında xəsarət alan olmayıb. Qeyd edək ki, bu gecə keçiriləcək "Atletik" - "Real Madrid" görüşü Bakı vaxtı ilə 00:30-da başlayacaq. Geri dön |