Ana Sayfa > Karusel / Dünya > Afrikada "omikron" ştamının alt növləri aşkarlanıb
Afrikada "omikron" ştamının alt növləri aşkarlanıb3-02-2022, 23:21. Yazar: Admin |
Afrikada koronavirusun "omikron" ştamının alt növləri aşkarlanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin baş virusoloqu Niksi Qumede-Moeletsi bildirib. "Omikron"un BA.2 adlı yeni alt növü qitənin beş ölkəsində müəyyən edilib: Botsvana, Keniya, Malavi, Seneqal və Cənubi Afrika. "BA.2-ni müəyyən etmək çox çətindir, çünki "omikron" ştamını aşkar etmək üçün hazırlanmış koronavirus testləri onu "görmür". Biz bu alt növün dəqiq təsvirini əldə etmək üçün dünyanın bir sıra laboratoriyaları ilə işləyirik", - ÜST rəsmisi deyib. Ötən ay BA.2 Avropada, xüsusən Danimarkada müəyyən edilib. Danimarka alimlərinin fikrincə, alt növün yayılma qabiliyyəti artıb. ÜST mütəxəssisləri hələlik Afrikada aşkar edilən virus variantının nə qədər patogen olduğunu deyə bilmirlər. Geri dön |