Ana Sayfa > Karusel / Siyasət > Hikmət Hacıyev Aİ komissarı ilə görüşüb

Hikmət Hacıyev Aİ komissarı ilə görüşüb


3-02-2022, 20:24. Yazar: Admin

Oliver Varhelyi, Hikmət Hacıyev

 

Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, Oliver Varhelyi bu barədə "Twitter"də bildirib.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdıq. Həmçinin Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik”, - Aİ Komissarı qeyd edib.

Görüşdə Cənubi Qafqaz və Aİ-nin bu regiona dəstəyi də müzakirə olunub.


Geri dön