Ana Sayfa > Karusel / Dünya > Zelenski vasitəçilik təşəbbüsünə görə Ərdoğana təşəkkür edib

Zelenski vasitəçilik təşəbbüsünə görə Ərdoğana təşəkkür edib


3-02-2022, 19:26. Yazar: Admin

Ərdoğan, Zelenski

 

Türkiyə Prezidenti ilə görüşdə regionda gərginliyin azaldılması əsas mövzularından biri idi.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı ilə birgə mətbuat konfransında bildirib.

O, ölkəsinin ərazi bütövlüyünə və suverenliyinə verdiyi davamlı dəstəyə görə Ərdoğana minnətdarlığını ifadə edib.

Eyni zamanda, Zelenski Ukrayna ilə Rusiya arasında vasitəçilik təşəbbüsü ilə çıxış etdiyinə görə də Ərdoğana təşəkkür edib.

Ukrayna dövlət başçısı vurğulayıb ki, hamının dialoqa hazır olması vacib şərtdir.


Geri dön