Ana Sayfa > Karusel / Sosial > Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb

Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb


3-02-2022, 18:39. Yazar: Admin

Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb

Bakıda 20 nömrəli məktəb-liseyin fəaliyyəti fevralın 4-dən distant təhsil formasında davam etdiriləcək.

Qarabaginfo.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Bundan başqa, analoji vəziyyətlə əlaqədar paytaxtdakı 177 nömrəli tam orta məktəb də distant tədrisə keçib.


Geri dön