Ana Sayfa > Karusel / Region > Gürcüstanda azərbaycanlıların toyunda qarşıdurmaya görə bəy və qardaşı saxlanılıb

Gürcüstanda azərbaycanlıların toyunda qarşıdurmaya görə bəy və qardaşı saxlanılıb


3-02-2022, 18:21. Yazar: Admin

 

Gürcüstanda azərbaycanlıların toyunda qarşıdurmaya görə bəy və qardaşı saxlanılıb

Gürcüstanın Qardabani rayonunun Candar kəndində toydan sonra baş vermiş fiziki qarşıdurmaya görə bir neçə nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, onların arasında bəy və onun qardaşı da var.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə istintaq tədbirlərini davam etdirir.

Xatırladaq ki, yanvarın 30-da kənddə keçirilmiş toy şənliyindən sonra Məmmədovlar ailəsinin 4 üzvü 20-yə yaxın şəxs tərəfindən döyülüb. Onlara fiziki təzyiq göstərənlərin gəlinin yaxınları olduğu bildirilir.

Gürcüstanın Qardabani rayonunda yanvarın 30-da keçirilmiş toy mərasimindən sonra fiziki qarşıdurma baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Şənlikdə iştirak etmiş Məmmədovlar ailəsinin 3 yaşlı uşağı da daxil olmaqla 4 üzvü döyülüb. Onların ikisinə armaturla müxtəlif dərəcəli ağır bədən xəsarətlərinin yetirildiyi bildirilib. Hər ikisi xəstəxanaya yerləşdirilib. Nodar Məmmədovun vəziyyəti kritikdir və o, artıq üçüncü gündür huşsuz vəziyyətdədir.

Məmmədovlar iddia edirlər ki, onlara qarşı fiziki zorakılığa yol vermiş 20-yə yaxın şəxs içkili vəziyyətdə olub. İnsidentin səbəbi hələ bilinmir.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin zorakılıq maddəsi üzrə istintaq aparılır.

Faktla bağlı saxlanılan yoxdur.(Report)


Geri dön