Ana Sayfa > Karusel / Siyasət > XİN rəhbəri: “Macarıstan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
XİN rəhbəri: “Macarıstan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”3-02-2022, 16:44. Yazar: Admin |
“Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa layihələrində iştirak etməyə hazırdır”. Qarabaginfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan XİN rəhbəri ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycan və Macarıstan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır, iki ölkə arasında ticarət dövriyyəsi son illərdə artmaqdadır. Getdikcə daha çox Macarıstan şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını kəşf edir. “Biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməyə hazırıq”, - Siyarto deyib. Xarici işlər və ticarət nazirinin sözlərinə görə, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və alternativ enerji mənbələrinin istehsalı üçün avadanlıq tədarükü layihələrində iştirak etməyə hazırdır. Geri dön |