Ana Sayfa > Karusel / Dünya > Peskov: “Ümid edirik ki, Putinin Türkiyəyə səfəri tez baş tutacaq”

Peskov: “Ümid edirik ki, Putinin Türkiyəyə səfəri tez baş tutacaq”


3-02-2022, 15:07. Yazar: Admin

Ərdoğan, Putin

 

Rusiya Prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə səfərinin konkret tarixi hələlik razılaşdırılmayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Putinin Türkiyəyə səfərinin nə vaxt baş tuta biləcəyi ilə bağlı suala cavabında deyib: “İki lider fevralın sonunda mümkün variantlar, başqa tarixlər haqqında həqiqətən danışıblar”.

Peskovun sözlərinə görə, hər iki tərəf görüşün epidemioloji vəziyyət və iki prezidentin qrafikləri imkan verən kimi baş tutmasında maraqlıdır.

“Hələlik dəqiq tarixlər yoxdur. Amma ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, yanvarın 26-da Ərdoğan Rusiya liderini Türkiyəyə səfərə dəvət etdiyini açıqlayıb. Peskov Putinin bu dəvəti minnətdarlıqla qəbul etdiyini təsdiqləyib.(Apa)


Geri dön