Ana Sayfa > Karusel / Dünya > Kreml ABŞ-ı Avropada gərginliyi artırmaqda ittiham edib

Kreml ABŞ-ı Avropada gərginliyi artırmaqda ittiham edib


3-02-2022, 15:04. Yazar: Admin

Kreml ABŞ-ı Avropada gərginliyi artırmaqda ittiham edib

Moskva daim Vaşinqtonu Avropa qitəsində gərginliyin artmasına son qoymağa çağırır, lakin təəssüf ki, amerikalılar bunu davam etdirirlər.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Avropaya əlavə qüvvələr göndərmək qərarını şərh edərkən deyib.

"Biz daim amerikalı həmkarlarımızı Avropa qitəsində gərginliyin artmasına son qoymağa çağırırıq. Təəssüf ki, amerikalılar bunu davam etdirirlər. Üstəlik, indiki halda söhbət təkcə təxribat xarakterli bəyanatlardan, tezliklə müharibənin olacağından deyil, Amerika əsgərlərinin bizim sərhədlərimizə yaxın olan Avropa ölkələrinə göndərilməsindən gedir. Aydındır ki, bunlar gərginliyin azaldılmasına yönəlmiş addımlar deyil, əksinə, onların hərəkətləri bu gərginliyin artmasına gətirib çıxarır. Buna ancaq bu cür yanaşmaq olar", - deyə, Kreml sözçüsü bildirib..


Geri dön