Ana Sayfa > Karusel / Region > Ermənistan və Azərbaycan arasında dəmir yolunun operatoru Rusiya şirkəti olacaq

Ermənistan və Azərbaycan arasında dəmir yolunun operatoru Rusiya şirkəti olacaq


3-02-2022, 12:50. Yazar: Admin

 

Ermənistan Azərbaycanla dəmir yolu bağlantısına bu qədər xərcləyəcək

“Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (CQDY, “Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsi) Ermənistan və Azərbaycan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olacaq.

Qarabaginfo.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan hökumətin iclasında bildirib.

“Dəmir yolunun bərpası ilə bağlı mütəmadi olaraq ikitərəfli əlaqələrimiz olacaq, çünki infrastrukturun operatoru CQDY-dir. “Rusiya Dəmir Yolları” bu sahədə dünyanın ən ciddi təşkilatlarından biridir”, - M. Qriqoryan qeyd edib.


Geri dön