Ana Sayfa > Karusel / Siyasət > Ermənistan XİN başçısı: "Sərhəddə təhlükəsizliklə bağlı mexanizmin yaradılmasını müzakirə edirik"
Ermənistan XİN başçısı: "Sərhəddə təhlükəsizliklə bağlı mexanizmin yaradılmasını müzakirə edirik"3-02-2022, 12:06. Yazar: Admin |
"Azərbaycan və Rusiya ilə Ermənistanla sərhəddə təhlükəsizliklə bağlı mexanizmin yaradılmasını müzakirə edirik". Qarabaginfo.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 3-də jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın yaradılmasına dair razılaşmanın icrasına hazırdır: "Biz öhdəliyimizə sadiqik, müxtəlif təkliflər vermişik. Danışıqlar davam edir”. A.Mirzoyan deyib ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müsbət təsir göstərəcək. Geri dön |