Ana Sayfa > Karusel / Kriminal > Tələbələrə qarşı quldurluq edən şəxs saxlanıldı

Tələbələrə qarşı quldurluq edən şəxs saxlanıldı


3-02-2022, 09:57. Yazar: Admin

 

Tələbələrə qarşı quldurluq edən şəxs saxlanıldı

 

Gəncədə naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Bu barədə Qarabaginfo.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadə yanvar ayının 31-də tələbələrin yaşadığı mənizlə daxil olaraq mənzil sakinlərini əlindəki bıçaqla hədələyərək ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

 

 


Geri dön