Ana Sayfa > Karusel / Siyasət > İran və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
İran və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub2-02-2022, 23:48. Yazar: Admin |
İran Prezidenti İbrahim Rəisi ilə Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev arasında telefon danışığı olub. Qarabaginfo.az xəbər verir ki, İ.Rəisi bildirib ki, İran dost və qardaş ölkə olan Qazaxıstanda sabitliyə çox önəm verir və bölgədə sabitliyi dəstəkləyir. “İki ölkənin iqtisadi əlaqələri siyasi əlaqələr qədər yüksək deyil, ümid edirəm, iki ölkənin 30 illik diplomatik əlaqələrinin ildönümündə iqtisadi əlaqələrin inkişafı üçün önəmli addımlar atılacaq”, deyə Rəisi vurğulayıb. Qazaxıstan prezidenti də öz növbəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına önəm verdiyini bildirib: “Ümid edirəm ki, iki ölkənin müştərək iqtisadi komissiyanın iclasında ikitərəfli əlaqələrimizin inkişafı üçün önəmli qərarlar qəbul olunacaq”. Geri dön |