Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər ölüb.
Qarabaginfo.az xəbər verirk ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 457 min 885 nəfərin test edildiyi, 110 min 682 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 86 min 671 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.