Ana Sayfa > Karusel / Dünya > ABŞ Avropanın qaz tədarükündə Rusiyanı əvəz edəcək tərəflərlə danışıqlar aparır
ABŞ Avropanın qaz tədarükündə Rusiyanı əvəz edəcək tərəflərlə danışıqlar aparır2-02-2022, 23:01. Yazar: Admin |
Cen Psaki
“ABŞ Avropanın qaz tədarükündə Rusiyanı əvəz edəcək tərəflərlə danışıqlar aparır”. Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki söyləyib. Ağ Evin sözçüsü bu barədə ətraflı məlumat verməyib. Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Avropa İttifaqının Rusiyaya alternativ olaraq ABŞ, Qətər və Azərbaycanla qaz tədarükü məsələsi ilə bağlı danışıqlar apardığını bildirib.(Report) Geri dön |